azia.az
azia.az

Hepatit VƏ DİGƏR XƏSTƏLİYİ OLANLAR bu müddətə hərbi xidmətə YARARSIZ SAYILIR - Rəsmi AÇIQLAMA

25-09-2024, 07:45

Azərbaycanda virus hepatiti, qarın yatalağı, paratiflər keçirmiş vətəndaşların hərbi xidmətə yararlı olub-olmaması əsas müzakirə olunan məsələlərdən biridir.


Xəbər verilir ki, məsələ ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən Modern.az-a açıqlama verilib.

Bildirilib ki, virus hepatiti, qarın yatalağı, paratiflər keçirmiş vətəndaşlar hərbi xidmətə çağırılan və ya hərbi xidmətə könüllü daxil olan zaman stasionar müalicədən sonra 6 ay müddətinə hərbi xidmətə müvəqqəti yararsız sayılırlar.

"Hepatit B, hepatit C və digər hepatotrop hepatitlər virusu daşıyıcıları hərbi xidmətə yararlı hesab edilirlər", - açıqlamada qeyd edilib. 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi