azia.az
azia.az

Qazlı suyun fayda və zərəri

24-09-2024, 09:54

Qazlı suları içməyi sevənlərlə yanaşı ondan iştahanı açmaq, həzm prosesini sürətləndirmək üçün istifadə edənlər də var. Lakin təəssüf ki, çox vaxt onun sağlamlığa vurduğu zərəri nəzərə almırlar.

Xəbər verilir ki, qazlı suları seçərkən bir sıra məsələlərə fikir vermək lazımdır. Amerika alimlərinin apardığı tədqiqatlar nəticəsində müəyyən edilib ki, həftə ərzində dörd qutu keyfiyyətsiz qazlı su içmək sümüklərdə qırılmağa meyillilik yarada bilər. Həmin içkilərin tərkibindəki limon turşusu mədənin fəaliyyətinə mənfi təsir göstərir, ifrat istifadə edilməsi isə mədə xorası ilə nəticələnir. Müalicəvi təsirə malik qazlaşdırılmış sulardan da ehtiyatla istifadə edilməsi məsləhətdir. Bəzən həkimin icazəsi olmadan dükanlardan alınıb içilən həmin qazlı sular xroniki xəstəliklərə səbəb olur.

Qazlı içkilərin tərkibindəki kofein xoş əhvali-ruhiyyəni artırsa da, çox keçmədən yorğunluğa, yuxusuzluğa və gərginliyə aparıb çıxarır. Qazlı suyun tərkibindəki kimyəvi maddələr orqanizm üçün ziyanlı sayılır. Saxlanma qaydalarına düzgün əməl edilməməsi də müəyyən fəsadlar yaradır. Məsələn, bəzən günəş işığı altında saxlanılan qazlı suların tərkibi dəyişir. Həkimlərin fikrincə, qazlı su əvəzinə təmiz və saf su içmək daha faydalıdır. Kimyəvi qatqılar və boyalarla qarışdırılmış müxtəlif şirələri təmiz su ilə əvəz etmək olar.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi