Kimlərə mineral su içmək olmaz?
Mineral mədən sularının tərkibində yüksək natrium olduğu üçün şişkinliyə səbəb ola bilər. Mineral su bir sıra xroniki xəstəlikləri olan insanlara zərər verir.
Qastroenteroloq Andrey Yakuşevin sözlərinə görə, natrium bütün suyu öz üzərinə “çəkmək” qabiliyyətinə malikdir. Buna görə də, bəədndə ödem görünür. Eyni zamanda, mineral su, istehsalçıdan asılı olaraq, litr başına 50 ilə 200 milliqram arasında natrium ionları ehtiva edir və bu isə orqanizm üçün çoxdur.
“Buna görə də hipertoniya, xroniki ürək çatışmazlığı, böyrək və qaraciyər sirrozu olan insanlar həkimlə məsləhətləşmədən mineral su içməməlidir.
Mineral su elektrolit səviyyəsini düzəltmək üçün istifadə olunur, bu, xüsusilə klinik olaraq susuzlaşan orqanizm üçün faydalıdır. Belə su sağlam insana zərər verməyəcək, lakin ondan sui-istifadə etməməlisiniz”.
Amerika alimlərinin apardığı tədqiqatlar nəticəsində müəyyən edilib ki, həftə ərzində 4 şüşə keyfiyyətsiz qazlı su içmək sümüklərdə qırılmağa meyillilik yarada bilər. Həmin içkilərin tərkibindəki limon turşusu mədənin fəaliyyətinə mənfi təsir göstərir, çox içdikdə mədə xorası ilə nəticələnir.
Müalicəvi təsirə malik qazlaşdırılmış sulardan da ehtiyatla istifadə edilməsi məsləhətdir. Bəzən həkimin icazəsi olmadan dükanlardan alınıb içilən həmin qazlı sular xroniki xəstəliklərə səbəb olur.
“Qazlı içkilərin tərkibindəki kofein əhvali-ruhiyyəni artırsa da, çox keçmədən yorğunluğa, yuxusuzluğa və gərginliyə aparıb çıxarır. Qazlı suyun tərkibindəki kimyəvi maddələr orqanizm üçün ziyanlı sayılır.
Məsələn, bəzən günəş işığı altında saxlanılan qazlı suların tərkibi dəyişir”. Həkimlərin fikrincə, qazlı su əvəzinə təmiz və saf su içmək daha faydalıdır. Kimyəvi qatqılar və boyalarla qarışdırılmış müxtəlif şirələri təmiz su ilə əvəz etmək olar.
Mütəxəssislərin qənaətinə görə, gündə 1 şüşə qazlı su içmək xüsusilə uşaqlarda yaddaşın zəifləməsinə səbəb olur.
Xüsusilə də sintetik qablarda olan istər rəngli, istərsə də rəngsiz qazlı içkilərin uzun müddət saxlanılması orqanizmə mənfi təsir göstərir.
Aparılan laborator araşdırmalar göstərib ki, həddindən artıq şəkərli və qazlı su içənlərin qan təzyiqi çox vaxt yüksək olur, hətta insulta aparıb çıxara bilir (medicina.az).