ƏMƏKDAR ARTİST ƏVƏZXAN XANKİŞİYEVİN 75 YAŞI TAMAM OLUR
Aşıq sənəti Azərbaycan musiqi mədəniyyətinin ən qədim sahələrinin mühüm tərkib hissəsidir.
Aşıq sənətində musiqi, poeziya, rəqs, teatr sənəti elementləri vardır. Qeyd etmək yerinə düşər ki, 2009-cu ildə Azərbaycan aşıq yaradıcılığı UNESCO-nun Qeyri-maddi mədəni irsin Reprezentativ Siyahısına daxil edilmişdir.
Aşıq sənətinin ən geniş yayılmış növlərindən biri sazın müşayiətilə oxumaqdır. Söz açacağımız aşıqlardan biri də sənətinə bağlı olan el sənətkarı haqqındadır. Unudulmaz və ifalarında bənzəri olmayan el sənətkarlarında sayılan, şirvan aşıq sənətinin yetirməsi Əməkdar artist Əvəzxan Xankişiyev barədə danışacağıq. Danılmaz həqiqətdir ki, aşıq sənətinin tanınmış simalarından biri Əvəzxan Xankişiyevdir.
Azərbaycan aşıq sənətinin ən görkəmlu simalarından sayılan Əməkdar artist Əvəzxan Xankişiyev musiqi, poeziya, rəqs, teatr sənəti elementlərini çox məharətlə və ustadcasına ifasında göstərə bilir.
Şirvan aşıq məktəbinin görkəmli nümayəndəsi, tanınmış xanəndə Əməkdar artist Əvəzxan Xankişiyevin anadan olmasının 75 illik yubileyi qeyd olunacaq.
O, Şirvan aşıqları içərisində özünəməxsus çalarları ilə hər kəsin qəlbində xüsusi yeri olan dahi sənətkarlardandır. 75 illik böyük bir həyat yolu keçən sənətkar öz səsi və musiqisi ilə eşidənlərin könlünü oxşayır. Bu gün də onu sevə-sevə el şənliklərinə dəvət edir, onun duzlu və dəyərli söhbətlərinə qulaq asır, bənzərsiz ifalarına qulaq asmaqdan zövq alırlar. Bu münasibətlə onu və onu sevənləri təbrik edir, yaradıcılığında uğurlar və möhkəm can sağlığı arzulayırıq.
75 YAŞIN MÜBARƏK OLSUN USTAD!!!
Zərdabi Abbasov