Dondurulmuş qidalar təhlükə yarada bilər
Dondurulmuş qidalar insan sağlamlığı üçün təhlükəyə səbəb ola bilər.
Məlumata görə, insanlar vaxt azlığından bəzən dondurulmuş məhsullar almalı olurlar. Mağazalarda dondurularaq satılan ət, xəmir yeməkləri, meyvə-təzəvəzlərin müxtəlif çeşidləri olur. Ev şəraitində də təzə məhsullar dondurularaq digər mövsümlərdə istifadə üçün saxlanılır. Bəs bu məhsullardan istifadə edərkən nələrə diqqət edilməlidir? Dondurulduqda qida dəyərini itirirmi?
Qida mütəxəssisi Məhsəti Hüseynova bildirir ki, hər məhsulun öz saxlanma rejimi var. Bəzi qidalar dondurularkən enerji dəyərini itirir. Bəziləri isə keyfiyyətini saxlayır. Daha tez xarab olanlar isə fabrikat məhsullardır.
M.Hüseynovanın sözlərinə görə, C vitamini ilə zəngin olan bir çox meyvələr də var ki, dondurulduqda tərkibi dəyişir. Dondurulmuş qidalar yalnız bir dəfə əridilməklə istehlak edilməlidir. Əks halda, zəhərlənməyə səbəb ola bilər. Bundan başqa, xüsusi qablaşdırılmış halda dondurulmuş məhsul alarkən bəzi məqamlara diqqət yetirilməlidir.
Qida mütəxəssisi qeyd edib ki, ət və zülal tərkibli məhsullar dondurulduqda, onların donu yalnız bir dəfə açıla bilər. Ətin dondurulmasında diqqət edilməsi vacib məqamlardan biri də onun ətrafının hava daxil olmayacaq şəkildə saxlanılmasıdır. Tərəvəzlərin isə tərkibinin 80 faizi sudan ibarətdir. Düzgün şəkildə donmadıqda, zəhərlənməyə səbəb ola bilər.
Ətraflı videoda: