azia.az
azia.az

Abunəçilər “Bakinternet”i boykot etməyə başladı

4-09-2024, 10:35

“Bakinternet” internet provayderindən kütləvi imtinalar başlayıb. Abunəçilər dövlət provayderinin xidmətlərindən, qiymət artımından və sürətin bərbad vəziyyətdə olmasından narazıdır.


XALQ.AZ  xəbər verir ki, sosial şəbəkələrdə sözügedən provayderlə bağlı narazılıqlar artmaqdadır. Abunəçilər bildirir ki, 15 avqustdan etibarən internetin qiyməti qaldırılıb. Qiymət artımı ilə yanaşı internet sürəti də artmalı idi. Ancaq bu baş verməyib. Belə ki, internetin sürəti elə olduğu kimi qaldığı halda qiymət 26 manata qaldırılıb.
Abunəçilər “Bakinternet”in göstərdiyi xidmətdən də narazıdır. Belə ki, yaranmış problemlə bağlı edilən müraciətlər cavabsız qalır, heç bir şikayətə baxılmır. Vətəndaşlar qiymətin yüksək, xidmətin aşağı, sürətin zəif olduğu bir provayderdən imtina etməyə başlayıb. Abunəçilər bu şəbəkəyə qoşulmaq istəyənləri də belə addım atmamağa çağırır.

Qarşı tərəfi dinləməyə hazırıq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi