azia.az
azia.az

Taksi fəaliyyəti ilə bağlı mühüm TƏKLİF - Qiymətlər ucuzlaşacaq

23-08-2024, 17:20

Bakıda taksilərin sayı iki dəfə azalıb. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin açıqlamasına görə, hazırda paytaxtda 35 000 taksi fəaliyyət göstərir. Xüsusi hazırlıq keçmiş və şəhadətnamə almaq istəyən taksi minik avtomobili sürücülərinin imtahan üçün qeydiyyatı başa çatıb.

Bu günədək taksi fəaliyyəti üçün 13 356 "Buraxılış kartı" alınıb. Ancaq hazırkı vəziyyətdən həm sürücülər, həm də sərnişinlər narazıdır. Çünki hazırda bu sektorda həm qiymətlər bahadır, həm də taksi qıtlığı yaşanır.

Mövzu ilə bağlı  danışan nəqliyyat məsələləri üzrə ekspert İlqar Hüseynli bildirib ki, “Buraxılış kartı” verilmiş taksi sayı qətiyyən paytaxt əhalisinə xidmət göstərəcək qədər deyil: turbo az mercedes

“Əslində, 13 356 kart almış və taksi fəaliyyəti göstərəcək kontingent ümumiyyətlə Bakı əhalisinin çox cüzi hissəsi üçün yetərlidir. Bu səbəbdən düşünürəm ki, burada məsələyə bir neçə yanaşma tətbiq olunmalıdır. Birincisi, hələlik müddət uzadılmalı və dünənə kimi qeyri-kartla fəaliyyət göstərən taksi sürücülərinə vaxt verilməlidir. Burada sadə məntiq var, bu prosesi birdən-birə qısa müddətdə tənzimləmək mümkün deyil. Bunun üçün müəyyən zamana ehtiyac var”.

Ekspert qeyd edib ki, verilən icazə kartları uzunmüddətli olmalıdır:

“Sadələşmə həm də bu ola bilər ki, “Buraxılış kartı” həm də uzunmüddətli verilsin. Artıq bildiyiniz kimi, digər sahibkarlıq fəaliyyətində və xidmət sektorlarında birdəfəlik verilir. Məsələn, əczaçılıq xidmətində əvvəllər 5 illik verildiyi halda, indi ömürlük təqdim olunur. Taksi xidməti ilə bağlı verilən “Buraxılış kart”larına da bu qayda tətbiq olunmalıdır. Verilən kartlar uzunmüddətli olmalıdır. Digər tərəfdən, əvvəllər taksi fəaliyyəti ilə məşğul olan sürücülərə də “Buraxılış kartı” alanadək müəyyən müddət verilməlidir. Yalnız bu formada prosesi tənzimləmək olar”./ Yenisabah.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi