azia.az
azia.az

Ağdamda ata-bala seçki monopoliyası...-PREZİDENTƏ MÜRACİƏT OLUNUB

22-08-2024, 15:59

119 saylı Ağdam Dairə Seçki Komissiyasında inanılmaz olaylar baş verir.
Yenixeber.org: Bu saatlarda əldə etdiyimiz məlumata görə, Ağdam Rayon İcra Hakimiyyətinin (RİH) başçısının 1-ci müavini Allahverən Əliyev Seçki Məcəlləsin bütün tələblərini kobud surətdə pozaraq, Ramiz Mehdiyevin sayəsində 20 ildir Ağdamdan millət vəkili edilən və hazırda da deputatlığa namizəd Bəxtiyar Əliyevin seçki təbliğatına heç nədən və heç kimdən çəkinmədən birbaşa rəhbərlik edir.
Ağdamdan deputatlığa namizədlərdən bir neçəsinin Mərkəzi Seçki Komissiyasına (MSK) və Baş Prokurorluğa etdiyi şikayətlər barədə mediada yazılar dərc olunub. Məsələ ondadır ki, belə qanunsuzluqlar baş verəndə Dairə Seçki Komissiyasının (DSK) sədri müvafiq tədbir görməlidir və RİH başçısının 1-ci müavinindən aidiyyəti üzrə şikayət yazılıb, həm də hüquq-mühafizə orqanlarına göndərilməlidir. Lakin Yenixeber.org-a daxil olan məlumatda deyilir ki, Ağdam DSK-nın sədri Sahil Əliyev bunu edə bilmir. Səbəb də odur ki, Allahverən Əliyev DSK sədrinin atasıdır.
Oğul atanı necə cəzalandıra bilər? Bundan əlavə, Allahverən Əliyevin qızı, yəni Ağdam 119 saylı DSK-nın sədrinin bacısı Sahilə Allahverən qızı Əliyeva 50 saylı Məntəqə Seçki Komissiyasının sədridir. Hansı ki, bu məntəqədə ən azı 1300 seçici var.
Sual yaranır: ata, oğul və məntəqə sədri olan bacı Əliyevlərin hökmran olduğu bir dairədə ədalətli seçkidən danışmağa dəyərmi? Və ya, kim zəmanət verə bilər ki, nəticələr Bəxtiyar Əliyevin xeyrinə saxtalaşdırılmayacaq? Çünki ata Allahverən Əliyev dəfələrlədir ki, Seçki Qanunvericiliyini ciddi şəkildə pozaraq və inzibati resurslardan sui-istifadə edərək  Bəxtiyar Əliyevin seçki təbliğatında iştirak edir.
Məsələ ilə bağlı Mərkəzi Seçki Komissiyasının 115 qaynar xətti ilə də əlaqə saxladıq. Bu barədə növbəti yazıda.
Sonda: öyrəndik ki, namizədlərdən üçü Allahverən Əliyevin və Bəxtiyar Əliyevin bu qanunsuz hərəkətindən Prezidentə müraciət ediblər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi