YAP tərəfindən 121 saylı Laçın seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Rövşən Muradov Yasamal rayonunda məskunlaşmış laçınlı seçicilərlə görüşüb
Görüşdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Görüşü giriş sözü ilə açan YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov ölkəmizdə azad, demokratik seçki mühiti üçün yaradılan şərait, YAP-ın seçkilərə yüksək səviyyədə hazırlığı barədə görüş iştirakçılarına məlumat verib. Bildirilib ki, Yeni Azərbaycan Partiyası bu seçkilərə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyimiz möhtəşəm Zəfərdən sonra yaranmış reallıqlardan irəli gələn hədəflərlə qatılıb. Çıxış edən deputatlığa namizəd Rövşən Muradov YAP-ın seçki platforması haqqında və Prezident İlham Əliyevin yaratdığı yeni dövrün yeni hədəfləri barədə seçicilərə ətraflı məlumat verərək qeyd edib ki, ölkəmizin inkişaf səviyyəsinin yeni mərhələyə çatdırılması, dövlətimizin daha qüdrətli olması, vətəndaşlarımızın rifahının daha da yüksəlməsi hakim Yeni Azərbaycan Partiyasının seçki proqramının əsasını təşkil edir. O, laçınlıların qayıdış sevincinin məhz uğurlu siyasətin nəticəəsi olduğunu vurğulayıb. R.Muradov bildirib ki, Milli Məclisə sentyabrın 1-də keçiriləcək növbədənkənar seçkilər xalqın Yeni Azərbaycan Partiyasına inamının növbəti ifadəsi, Heydər Əliyev yoluna sədaqətinin və Azərbaycan Prezidenti İlham Əliyevin Zəfər yürüşünün davamına birmənalı dəstəyinin təsdiqi olacaq. Görüşdə təşviqat qrupunun üzvləri Ələmdar Şahverdiyev, Gülməmməd Məmmədov və Varaşil Məmmədov çıxış ediblər. Subut Mehdiyev və digər natiqlər çıxışlarında seçicilərə səslənərək Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Rövşən Muradova səs verməyə çağırışlar ediblər.
Sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində avqustun 16-da Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 121 saylı Laçın seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Rövşən Muradov Bakı şəhəri, Yasamal rayonu ərazisində məskunlaşmış laçınlı seçicilərlə görüşüb.