Siyavuş Novruzov sədaqətin ÖLÇÜ VAHİDİNDƏN DANIŞDI-NƏLƏRƏ EYHAM VURDU?(VİDEO)
Ötən gündən etibarən sosial şəbəkələrdə YAP-çı deputat Siyavuş Novruzovun verdiyi müsahibədə suyun vedrəylə ölçülməsi barədə dediyi fikirlər müzakirə olunur. Müzakirədə iştirak edənlər deputatın dilindən belə bir yanlış fikrin səsləndirilməsini tənqid edirlər.
Sözügedən söhbət S. Novruzovun “Space” televiziyasının “Sadə həqiqətlər” verilişinin qonağı olan zaman yaşanıb. Həmin verilişdə deputat Heydər Əliyevin Naxçıvandakı hakimiyyəti illərində onun başqa bir siyasətçi ilə dialoqunu xatırladıb: “Naxçıvan dövrü idi. Mövqesiz adamlardan biri Heydər Əliyevə yaxınlaşdı. Ondan soruşdu ki, hər şeyin ölçüsü var. Məsələn işıq amperlə, su vedrəylə ölçülür. Litrlə də yəni. O biri kiloyla, tonla ölçülür. Bəs bu sədaqətin, vəfalılığın da ölçüsü varmı? Özü sədaqətsiz adam idi. Heydər Əliyev dedi var ki var, o zamandır. Zaman göstərir ki, kim sədaqətlidir, kim sədaqətsiz”.