azia.az
azia.az

Lənkəranda deputatlığa namizədin seçicilərlə görüşünə imkan verilməyib

12-08-2024, 09:12


Lənkəranda deputatlığa namizədin seçicilərlə təşviqat görüşünə imkan verilməyib. 

Azpost.info bildirir ki, 78 saylı Lənkəran kənd seçki dairəsindən deputatlığa namizəd olan Elçin Səfərov rayonun Lüvəsər kəndində təyin olunmuş görüşüna maneçilik törədilib.

Deputatlığa namizəd MSK-nın qərarı ilə görüş yeri kimi ayrılmış əraziyə buraxılmayıb, görüşə gəlmiş seçicilərə isə ərazini tərk etmək göstərişi verilib. Deputatlığa namizəd E.Səfərov bu addımı pisləyərək görüşə imkan verilməməsini qanuna zidd olduğunu bəyan edib.  Lakin namizədə bununla bağlı heç bir ağlabatan izahat verilməyib.

Xatırladaq ki, Mərkəzi Seçki Komissiyası (MSK) sentyabrın 1-də keçiriləcək Milli Məclisə növbədənkənar parlament seçkisində təşviqat üçün ayrılmış görüş yerlərinin siyahısını təsdiq edib.

Təşviqat üçün açıq və qapalı yerlər ayrılıb.

MSK-nın siyahısında Lənkəran kənd seçki dairəsində Lüvəsər kənd çay evinin yaxınlığındakı ərazi deputatlığa namizədlərlə görüş üçün ayrılıb.

Prezident İlham Əliyev iyunun 28-də Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi