azia.az
azia.az

SABİQ nazirin oğlu nənəsini əsir götürdü, sonra isə....-DƏHŞƏT

1-08-2024, 10:32

Türkiyənin keçmiş nazirlərdən Abdüllatif Şenerin oğlu Bedirhan Şener, ana nənəsini silahdan atəş açaraq qətlə yetirib.

Azia.az blogu Titul.az-a istinadla xəbər verir ki, keçmiş nazirin oğlu nənəsini əsir götürübmüş.

Məlumata görə, Bedirhan Şener ilə nənəsi Leyla Çetiner arasında Ankaradakı evlərində bilinməyən səbəbdən mübahisə yaranıb.

Davaya dönən olayın ardınca Bedirhan Şener nənəsini odlu silahla əsir götürüb.

Bunun ardınca Abdüllatif Şener evin yerləşdiyi küçəyə çıxaraq vəziyyəti polisə bildirib.

Məlumatın dərhal ardınca hadisə yerinə polis əməkdaşları və təcili yardım briqadası cəlb edilib. Hadisə yerinə xeyli sayda çevik polis qüvvələri də cəlb edilib.

Bedirhan Şener bu məqamda nənəsi Çetineri silahla vuraraq öldürüb.

Bedirhan Şener artıq ələ keçirilib.

Qeyd edək ki, Abdüllatif Şener türkiyəli məşhur siyasətçi, iqtisadçı, maliyyəçi, akademik, Türkiyə Böyük Millət Məclisinin üzvü, keçmiş baş nazirin müavini, keçmiş maliyyə naziri və Türkiyə Partiyasının qurucusudur.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi