azia.az
azia.az

Qazaxıstan buğda idxalına qoyulan qadağanı ilin sonuna qədər uzatdı

28-07-2024, 14:57

Qazaxıstan hakimiyyəti buğdanın bütün nəqliyyat vasitələri ilə idxalına qoyulan qadağanının müddətini 2024-cü ilin sonuna qədər uzadıb.

Bildirilir ki, bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb.

“Buğdanın boz sxemlərlə ölkəyə idxalı və Rusiyanın sərhədyanı rayonlarından avtomobil yolu ilə təkrar ixracı təhlükəsi hələ də qalmaqdadır. Proqnozlara əsasən Qazaxıstanda taxıl biçini ötən ildən daha yüksək olacağı gözlənilir”, – deyə məlumatda bildirilib.

Bundan əvvəl Qazaxıstan 2024-cü il aprelin 12-dən buğdanın ölkəyə idxalına müvəqqəti qadağa qoyub və bu qadağa altı ay müddətində qüvvədə olmalı idi.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi