GÖRÜN neçə namizəd MSK-dan imza vərəqəsi alıb-FANTASTİK RƏQƏM
İndiyə qədər növbədənkənar parlament seçkiləri ilə əlaqədar 1255 nəfərin deputatlığa namizədliyi irəli sürülüb.
Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib.
Namizədliyi irəli sürülən 1255 nəfər arasında 454 nəfər 25 siyasi partiyanın nümayəndəsidir.
Ümumilikdə 516 namizədliyi irəli sürülən şəxsin siyasi partiya mənsubiyyəti var.
"Deputatlığa namizədliyini irəli sürənlərdən 1092 nəfəri imza vərəqəsi alıb, 388 nəfər isə imza vərəqələrini qaytarıb", - deyə MSK sədri əlavə edib.
M.Pənahov qeyd edib ki, indiyə qədər 87 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.