Növbədənkənar parlament seçkiləriylə əlaqədar seçicilərin tanış olması və əlavə dəqiqləşdirmələr aparılması məqsədilə seçici siyahılarının məlumat lövhələrində yerləşdirilməsi üçün ayrılan müddət bu gün başa çatır.
Bakupost.az -ın xəbərinə görə, Seçki Məcəlləsinin 48.1-ci maddəsinə əsasən, məntəqə seçki komissiyaları səsvermə gününə azı 35 gün qalanadək seçicilərin tanış olması və əlavə dəqiqləşdirmələr aparılması məqsədilə seçici siyahılarının məlumat lövhələrində yerləşdirilməsini təmin etməlidir.
Növbədənkənar parlament seçkiləriylə əlaqədar bu müddət 2024-cü il iyulun 28-dək olan dövrü əhatə edir.