Türkiyəyə qadınları apararaq cinsi istismara məruz qoyan şəxs GÖRÜN KİMDİR
Bakı Ağır Cinayətlər Məhkəməsində insan alverində təqsirləndirilən Səma Məmmədovanın (soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü o, 8 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, Səma Məmmədova azərbaycanlı olan 2 qadın Türkiyənin Tokat vilayətinə yüksək maaşlı işə düzəltmək vədi verib. Bu məqsədlə onları 2018-2020-ci illərdə Tokata aparıb. Burada isə onları aldadaraq kişilərlə cinsi əlaqəyə cəlb edib. Səma Məmmədova barəsində Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2 və 144-1.2.4-1-ci (insan alveri, iki və ya daha çox şəxs barəsində törədildikdə) maddəsi ilə ittiham elan olunub.
Kamal Məmmədov