azia.az
azia.az

İşçisini istefaya məcbur etmək üçün 4 gün qaranlıqda saxlayıb-DƏHŞƏT

23-07-2024, 01:09

Çindən olan bir şirkət işçini könüllü olaraq işdən çıxmağa məcbur etmək üçün 4 gün qaranlıq otaqda keçirməyə məcbur edib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "South China Morning Post" yazıb.

2022-ci ilin dekabr ayında "Guangzhou Duoyi Network Co. Ltd" Liu Linzu adlı bir qrafik dizaynerdən könüllü olaraq istefa verməsi istəyib. Lakin həmin şəxs bu təklifdən imtina edib.

Sonra o, iş hesabına daxil olmaqdan məhrum edilib, bundan sonra ona təlim keçməli olduğu bildirilib. Dizayneri işığı, kompüteri və işığı olmayan otağa aparıblar, telefonunu əlindən alıblar. Liuya heç bir tapşırıq verilməyib və sadəcə qaranlıqda boş masada oturmağa məcbur edilib. Bu iş saatları ərzində 4 gün davam edib.

Bu "qeyri-adi təlim" haqqında öyrənən dizaynerin arvadı polisə şikayət edib, bundan sonra şirkət Liuya işdən çıxarılması barədə rəsmi məlumat verib. Lakin ona təzminat ödəməkdən imtina olunub. Belə bir qərarın verilməsinə səbəb həmin şəxsin iş saatlarında erotik görüntülərə baxması olub.

Liu məhkəməyə gedib və iddia ərizəsində kompüter oyunları dizayneri olduğunu, buna görə də müxtəlif şəkillərlə çox işlədiyini bildirib. Məhkəmə dizaynerin tərəfini tutaraq ona 380 min yuan təzminat ödənilməsinə qərar verib.

Aydın



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi