azia.az
azia.az

“Hazırlıqlı olmaq lazımdır” -ÖLÜMCÜL İNFEKSİYA QAPIDA

19-07-2024, 22:25

Çinin Nankin Tibb Universitetinin alimləri əvvəllər elmə məlum olmayan göbələk infeksiyası aşkar ediblər.

Bununla bağlı "Nature Microbiology" (“NatMicrobiol”) elmi jurnalı məlumat dərc edib.

Bildirilib ki, artıq infeksiyaya yoluxan iki nəfər dünyasını dəyişib. Tədqiqatlar onun çox yoluxucu və insanlar üçün təhlükəli olduğunu göstərib. Patogen bədənin hərarəti yüksəldikdə aktiv şəkildə inkişaf edir və buna "Rhodosporidiobolus fluvialis" (R. fluvialis) adlı göbələk səbəb olur. Tədqiqatçılar Çində 27 mindən çox göbələk ştammını tədqiq ediblər. "R. Fluvialis" əvvəllər insanlarda rast gəlinməmişdir.

Bu göbələk Çində iki nəfərdə aşkar edilib. Onların bir-biri ilə heç bir əlaqəsi olmayıb. Hər ikisi yaşlı olub və dünyasını dəyişiblər. Hesabatda göbələyin buna təsir edib-etmədiyi göstərilməyib. Təcrübələr göstərib ki, yüksək temperatura məruz qaldıqda infeksiya daha çox yoluxucu olur. +37 dərəcədə patogen otaq temperaturundan 21 dəfə tez mutasiyaya uğrayıb. Alimlər göbələk mutasiyasının ilkin olaraq qlobal iqlim dəyişikliyi ilə bağlı ola biləcəyini istisna etməyiblər.

Məsələ ilə bağlı tanınmış cərrah, tibb üzrə elmlər doktoru, professor Adil Qeybulla  açıqlamasında bildirib ki, göbələk infeksiyalarının orqanizmdə parazitlik etməsi birinci dəfə deyil:

"Göbələk orqanizmi zədələyir və onun müxtəlif formaları ölümcül səviyyədə xəstəliklər törədə bilir. Göbələk adətən başqa mikro orqanizm olan yerlərə yayılmağa meyilli olur. Ona görə də immun defisiti olan xəstələrdə göbələk tez-tez yaranır. Hazırda Çində aşkar edilən göbələk əvvəllər insanlarda xəstəlik törətməyib, görünür o yeni forma alıb, mutasiyaya məruz qalıb. Bu göbələyin də çoxsaylı ştamları var”.

Professor qeyd edib ki, xəstəliyin yayılması real görünməsə də, ehtiyatlı olmaq lazımdır:

"Çünki biz çox qəribə dövrdə yaşayırıq. Bir tərəfdən insanların sayının artması nəticəsində flora və faunanın sıxışdırılması ilə onların tərkibində olan mikrobların tədricən insanlara keçməsi və qlobal iqlim dəyişikliyinin insanların immun sistemlərində adaptasiya imkanlarında ciddi şəkildə dəyişiklik törətdiyi hallarda bu cür qorxulu epidemiyaların yaranması qaçılmaz olur. Buna görə də hər cür yaranan vəziyyətə hazırlıqlı olmaq lazımdır".  / "Cebhe.info"


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi