Yararsız ət məhsulları satışdan kənarlaşdırıldı
Naxçıvanda ət satışı məntəqələrində monitronqilər həyata keçirilib, bir sıra nösanlar aşkarlanıb.
"Ölkə.az" xəbər verir ki, monitorinq zamanı sanitar-gigiyenik qaydalara əməl olunmadığı, alət və avadanlıqların təmizlənmədiyi, istifadəyə yararsız ət məhsullarının satışının həyata keçirildiyi, işçilərin ilkin və dövri tibbi müayinədən keçmədiyi və dezinfeksiya işlərinin vaxtında aparılmadığı müəyyən edilib.
Aşkarlanan nöqsanlarla bağlı müvafiq tədbirlərək görülərək yararsız ət məhsulları satışdan kənarlaşdırılıb, fəaliyyət dayandırılaraq icrası məcburi göstərişlər verilib.