azia.az
azia.az

YAP-ın deputatlığa namizədi NİYƏ KÜLLİ MİQDARDA borCA DÜŞÜB?

18-07-2024, 22:05

Yeni Azərbaycan Partiyasının deputatlığa namizədlər siyahısında yeni adlar var. Həmin şəxslərin kimliyi ilə bağlı araşdırmalar aparılır.

 

İlk araşdırmamız  59 saylı Quba  Seçki Dairəsindən deputatlığa namizəd Məhərrəmzadə Əlibala Səttar oğludur.

 

Hazırda rayonda iş adamı kimi tanınan Əlibala Məhərrəmzadə Qubadakı “Şahdağ Turuskavets” Sanatoriyasının sahibidir.

 

Araşdırmamız zamanı onun iş adamı olmasına baxmayaraq, külli miqdarda borcunun olduğu da üzə çıxıb.

 

Məlum olub ki, Əlibala Məhərrəmzadənin toplam 10 milyona yaxın borcu var.

 

İddialarla bağlı Əlibala Məhərrəmzadənin mövqeyini öyrənmək cəhdimiz baş tutmadı.

 

Qeyd edək ki, Əlibala Məhərrəmzadənin hazırda rəqibi deputat Vahid  Əhmədov və onun əmisioğlu olduğu bildirilən Əliabbas Məhərrəmovdur.

 

Gununsesi.info


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi