azia.az
azia.az

Azərbaycanda şəxslər ictimai nəqliyyatdan pulsuz istifadə edə bilər – RƏSMİ

10-07-2024, 15:12

Deputat Razi Nurullayev həssas təbəqənin (qazi, tələbə, yaşlı insanlar) ictimai nəqliyyatdan istifadəsinin pulsuz olmasını təklif edib. Digər millət vəkili Vahid Əhmədov isə bu təklifi müsbət dəyərləndirib.

Sitat: “Təklif yaxşıdır, amma bunun üçün mənbə lazımdır”.

Maraqlıdır, aidiyyəti qurumlara müraciət olunarsa, edilən təklif təsdiqini tapa bilərmi? Ümumiyyətlə, həssas qrupların bu güzəştdən yararlanması gündəmdədirmi?

Xəbər verirli ki, mövzu ilə bağlı Globalinfo.az Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə sorğu ünvanlayıb.

Sorğuya cavab olaraq bildirilib ki, qeyd olunan məsələ nazirliyin fəaliyyət sahəsinə aid deyil.

 
Bundan sonra Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanladıq.

Qurumdan bildirildi ki, hazırda sərnişindaşımalarını yerinə yetirən subyektlərdə gediş haqqının nağdsız ödənilməsini təmin edən ödəniş sisteminə keçidin sürətləndirilməsi ilə bağlı işlər görülür:

“Müxtəlif əhali qrupları – tələbələr, təqaüdçülər və digər sosial qruplardan olan şəxslərə ictimai nəqliyyatda güzəştli gediş haqlarının, həmçinin illik və aylıq ödənişlərin tətbiqi üçün xüsusi infrastruktur qurulmalı, nağdsız ödənişlərə keçid tam təmin edilməlidir. Nağdsız ödənişlərə keçid təmin olunduqdan sonra sözügedən güzəştlər və aylıq, illik ödənişlərin tətbiqi mümkün ola bilər”.  


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi