azia.az
azia.az

14 mediator mediasiya reyestrindən çıxarılıb

9-07-2024, 17:40

14 mediator mediasiya reyestrindən çıxarılıb

Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilovun təşəbbüsü ilə Mediasiya Şurasında aparılan audit yoxlamalarının nəticələri üzrə Mediasiya Şurasının İdarə Heyəti tərəfindən müxtəlif tədbirlər həyata keçirilir.

innews.media xəbər verir ki, aparılan audit yoxlamaları nəticəsində məlum olmuşdur ki, 14 mediatorun Mediasiya Şurasına üzvlük haqqı borcları formalaşmışdır. Aparılan audit yoxlamalarının nəticələrini və audit rəyini nəzərə alaraq Mediasiya Şurasının İdarə Heyəti Azərbaycan Respublikasının Mediasiya Haqqında Qanunun 17.2.10.-cu maddəsinə əsasən 14 mediatorun üzvlüyünə xitam vermişdir.

Eyni zamanda Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2019-cu il 5 sentyabr tarixli 386 nömrəli Qərarı ilə müəyyən edilmiş qaydaya uyğun olaraq həmin mediatorların mediasiya reyestrindən adları çıxarlımışdır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi