SULAR BU QABLARDA OLANDA NİYƏ TƏHLÜKƏ YARADIR-AÇIQLAMA
Çinli mütəxəssislərin araşdırmalarına əsasən içməli su üçün plastik qablaşdırmada sağlamlığa təhlükəli olan bir sıra kimyəvi birləşmələr aşkarlanıb.
Alimlər məşhur qabların kimyəvi tərkibinin uzunmüddətli tədqiqi nəticəsində belə qənaətə gəliblər.
Təcrübə bir neçə mərhələdə sınaqdan keçirilib. Tədqiqatçılar müxtəlif qitələrdən altı plastik şüşə toplayıblar: Afrika, Amerika, Avropa və Asiya. Daha sonra bağlamalar diqqətlə təhlil edilərək kimyəvi tərkibi üzə çıxarılıb. Onların demək olar ki, hamısında uçucu üzvi birləşmələr, o cümlədən alkanlar, alkenlər, spirtlər, aldehidlər, karboksilik turşular və s. kimi zəhərli birləşmələr üzə çıxıb. Material qocaldıqda, yüksək temperaturlara məruz qaldıqda və ya zədələndikdə belə birləşmələr çoxalaraq aktiv şəkildə suya buraxılır.
Buna görə də tədqiqatçılar şüşə qablardakı sulardan istifadə etməyi məsləhət görürlər. (Publika.az)