Manikür qadınların psixi sağlamlığına necə təsir edir?
Manikür müalicələri çoxdan qadınların əksəriyyəti üçün özünə qulluq ritualının ayrılmaz hissəsinə çevrilib. Kavaquçidəki Saitama Qakuen Universitetinin yapon alimlərinin bu yaxınlarda apardıqları araşdırma göstərdi ki, manikür təkcə fiziki cəlbediciliyə deyil, həm də qadınların zehni rifahına müsbət təsir göstərə bilər.
Xəbər verilir ki, Tədqiqatçılar böyük şəhərlərdə yaşayan 20-30 yaş arası 500 yapon qadın arasında onlayn sorğu keçirib. Sorğu iştirakçıları yaşları, ailə vəziyyətləri, gəlirləri və kosmetika xərcləmələri, həmçinin dırnaqlarına qulluq vərdişləri ilə bağlı sualları cavablandırıblar.
Araşdırmanın nəticələri göstərib ki, dırnaqlara qulluq qadınlara müsbət psixoloji təsir göstərir. Sorğu iştirakçıları dırnaq baxımı seansları zamanı müsbət emosiyalar, istirahət və canlanma səviyyəsinin artdığını bildiriblər. Öz dırnaqlarına qulluq edənlərlə müqayisədə dırnaq ustaları daha şaqraq gülüşləri ilə fərqlənirlər. Dırnaq ustalarında nəzərə çarpan müsbət, pozitiv dəyişiklik uzun zaman davam edir.
Hazırladı: Rəsmiyyə Şərifova,