azia.az
azia.az

Bahalı restoranlarda hesabı ödəməmək üçün MARAQLI ÜSUL

20-07-2024, 11:36

Hindistanda bir cütlük getdikləri bahalı restoranlarda hesabı ödəməmək üçün maraqlı üsuldan istifadə edir.

Xəbər verilir ki, onlar getdikləri restorana özləri ilə milçək aparırlar, qəsdən qabın içinə atırlar, sonra isə ofisiantı çağırırlar və qalmaqal yaradırlar. Sonra da yeməyin pulunu ödəmədən müəssisəni tərk edirlər. Cütlüyün bu əməllərini ifşa edən Udit Bhandari adlı şəxs bildirib ki, onlar bunu əyləncə xatirinə edirlər, çünki onların pulları var.

“Onlar bir neçə dəfə Dehlidəki beşulduzlu restoranlarda nahar etməyə gediblər və özləri ilə artıq hərəkət etməyən bir milçək gətiriblər”, – deyə Bhandari bildirib.

Sosial şəbəkə istifadəçiləri cütlüyün bu hərəkətini pisləyib və geniş təbliğat sayəsində günahkarların cəzalandırılacağına ümid etdiklərini deyiblər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi