azia.az
azia.az

Rusiya A-50-nin vurulduğunu etiraf etdi, itkiləri açıqladı

18-06-2024, 13:23

Rusiya ilk dəfə Ukrayna tərəfindən A-50 uzaqmənzilli radar aşkarlama və idarəetmə təyyarəsini vurulduğunu rəsmən etiraf edib.

Xəbər verilir ki, Rusiya Federasiyasının İstintaq Komitəsi Ukrayna Silahlı Qüvvələrinin 138-ci zenit-raket briqadasının komandiri, polkovnik Nikolay Dzyaman barəsində axtarış elan edib. Ruslar onu “insan ölümü ilə nəticələnən terror aktı” törətməkdə ittiham edirlər.

Bildirilir ki, fevralın 23-də ukraynalı müdafiəçi tabeliyində olanlara Rusiya Aerokosmik Qüvvələrinin təyyarəsini məhv etmək əmri verib. Rusiya tərəfi bildirib ki, bu təyyarə “döyüş əməliyyatları üçün nəzərdə tutulmayıb, silahı yoxdur və uçuş yalnız Rusiya Federasiyasının hava məkanında həyata keçirilir”.

Ukraynanın A-50-ni vurması nəticəsində 10 ekipaj üzvü həlak olub.


Zaur, 
BakuPost


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi