Xala oğlu, xala qızı və əmi qızı, əmi oğlunun evlənmməsi DÜZGÜNDÜRMÜ?- ŞOK XƏBƏR
Qadına məhrəmlərin (həmin qadınla evlənməsi qadağan olanların) yanında hicabı açmağa icazə verilir. Qadın məhrəmlərin yanında başı, boynu, dirsəyinə qədər qolları, dizinə qədər ayaqları açıq gəzə bilər. Ər üçün isə heç bir məhdudiyyət yoxdur. Beləliklə, qadın aşağıdakıların yanında hicabı aça bilər: əri, atası, əmisi, dayısı, oğlu, ərinin başqa qadından olan oğlu, doğma və süd qardaşı, nəvəsi, qardaşının və bacısının oğlu, ana və atanın dayısı və əmisi, qayınatası, kürəkəni və babaları. Bunlardan başqaları naməhrəmdir və onlarla ailə qurmağa icazə verilir.
Uca Allah buyurur:
"Mömin qadınlara da de ki, (harama baxmayıb) gözlərini aşağı diksinlər və cinsiyyət üzvlərini (zinadan) qorusunlar. Qoy onlar - görünənlər istisna olmaqla, zinətlərini (naməhrəmə) göstərməsinlər; örtüklərini yaxalarının üstünə salsınlar; zinətlərini ərlərindən, yaxud atalarından, yaxud ərlərinin atalarından, yaxud öz oğullarından, yaxud ərlərinin oğullarından, yaxud qardaşlarından, yaxud qardaşlarının oğullarından, yaxud bacılarının oğullarından, yaxud öz (müsəlman) qadınlarından, yaxud sahib olduqları kölələrdən, yaxud ehtirasını itirən kişi xidmətçilərdən, yaxud qadınların çılpaqlığını hələ anlamayan uşaqlardan başqasına göstərməsinlər; gizlətdikləri zinət əşyaları bilinsin deyə ayaqlarını (yerə) vura-vura yeriməsinlər. Ey iman gətirənlər! Hamınız Allaha tövbə edin ki, bəlkə nicat tapasınız. " (ən Nur, 31). //zikr.az