Təzyiq problemi olanlar bu qidadan uzaq durmalıdır
İnsanlarda müəyyən yaş dönəmindən sonra təzyiq problemləri özünü büruzə verməyə başlayır.
Xəbər verilir ki, nə cür qidalandığınızın təzyiq xəstəliyi üzərində böyük təsiri mövcuddur. Təzyiq problemi yaşayan insanların qəbul etməsi tövsiyə edilməyən üç qida bunlardır:
Çörək - nə qədər çətin olsa da, təzyiq xəstələri ağ çörəkdən uzaq durmalıdır. Bu şəxslərə duzsuz çörək tövsiyə edilir.
Turşu - turşu təzyiq xəstələrinin ən böyük düşmənlərindən biridir. Təzyiq probleminiz varsa, turşunu həyatınızdan çıxarmağınız məsləhətdir.
Sarımsaq - təzyiqi aşağı olanlar sarımsaqdan uzad durmalıdır. Sarımsaq təzyiq salır və ani təsir göstərə bilir. Təzyiqi yüksək olan şəxslərə isə təbii ki, faydalıdır.