azia.az
azia.az

Bu şəxslərə taksi fəaliyyəti QADAĞAN EDİLƏCƏK

5-06-2024, 18:30

“Qanunvericiliyə edilmiş dəyişikliyə görə, ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülər peşə fəaliyyətinə və davranışına, habelə iş və istirahət rejiminin xüsusiyyətlərinə, taksi minik avtomobillərinin sürücüləri isə etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən aktlara dair xüsusi hazırlıq keçməlidir. Xüsusi hazırlığın nəticələrinin qiymətləndirilməsi Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçiriləcək”.

 

Bəs imtahandan keçməyən taksi sürücülərinin aqibəti necə olacaq?

 

Mövzu ilə bağlı Sfera.az-a danışan nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, imtahandan kəsilən sürücülər taksi sürücüsü kimi fəaliyyət göstərə bilməyəcəklər.

 

"Necə ki, qəbul imtahanlarından kəsildikdə ali təhsil müəsisələrinə qəbul ola bilmirik. Bu proses də onun kimidir. İmtahan yalnız sürücülük peşəsinə xas olan suallardan ibarətdir. Onların gündəlik iş prosesi, dil bilikləri, vətəndaşlarla ünsiyyət mədəniyyəti kimi sərnişindaşıma fəaliyyətində vacib elementlər burada öz əksini tapacaq. Suallar olduqca sadədir. Bu sualları cavablaya bilməyən insanların taksi sürücüsü olaraq fəaliyyət göstərməsi təhlükəlidir. Öz canımız və yaxud ailə üzvlərimizi belə sürücülərə əmanət edə bilmərik”.

 

Ekspert qeyd edib ki, 5 günlük təlimlərdən sonra imtahanlar təşkil olunacaq.

 

“Bu imtahanları uğurla başa vuran şəxslərə sertifikatlar təqdim olunacaq. Sertifikatı olmayan şəxslərin sürücü kimi fəaliyyət göstərməsi qadağan olunacaq. Taksi buraxılış kartının və fərqlənmə nişanının verilməsi üçün sertifikat mütləq olmalıdır. İmtahandan kəsilən şəxslər üçün amma yenidən imtahan vermək üçün şərait yaradılacaq. Onlar ikinci və üçüncü cəhd imtahanlarında sertifikat almaq üçün iştirak edə biləcəklər”.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi