azia.az
azia.az

"Pula görə işləmişəm"-Aktrisadan ŞOK AÇIQLAMA

5-06-2024, 08:30

Sevinc açıq-saçıq səhnələrdən danışdı: "Pula görə işləmişəm"

"Filmlərdəki təmas və açıq-saçıq səhnələrin bədiilik cəhətdən bir məqsədi olduğu halda qəbul edərəm".

Azia.az blogu bildirir ki, bunu Baku TV-də yayımlanan "Qapqara" verilişində aktrisa, prodüser Sevinc Əliyeva deyib.

O qeyd edib ki, başqa ölkənin mentaliteti ilə böyüsəydi, bəlkə də, belə səhnələrlə bağlı fərqli fikirdə olardı:

"Artıq bu ölkənin suyu, torpağı ilə böyümüşəm. Sözsüz ki, digər ölkədə doğulsaydım, başqa cür düşünə bilərdim. Amma əgər o toxunuşa ehtiyac varsa, onun ali məqsədi varsa, razılaşaram. Əksinə, elə-belə yazılıbsa, onun bir məqsədi yoxdursa, cavabım "yox" olar".

Aktrisa bəzi filmlərə ancaq qazanc üçün çəkildiyini söyləyib:

"Karantin vaxtlarında elə işlərim olub ki, sırf maddiyyat üçün işləmişəm. Mənim üç uşağım var. Onlara baxmaq üçün gün ərzində 30 epizoda çəkilmişəm. İndi fikirləşirəm ki, niyə "yox, çəkilmirəm" deməmişəm. Həmin işlərə sənət əsəri, qürur duyulacaq layihə kimi yanaşmamışam".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi