azia.az
azia.az

202 nəfəri aldadan qadın həbs edildi - GÖRÜN NƏ EDİRMİŞ?(FOTO)

15-05-2024, 18:05

Bakıda viza düzəltmək adı ilə vətəndaşlara qarşı dələduzluq əməllərində təqsirləndirilən “Avion Travel” MMC-nin direktoru Lalə Rəcəbova həbs edilib. 

Xəbər verilir ki, L.Rəcəbova öz qulluq mövqeyindən sui-istifadə etməklə vətəndaşlara qarşı dələduzluq edib.

Belə ki, o, Bakı şəhəri, Yasamal rayonunda  yerləşən ofisində Avropanın Almaniya, Norveç və Niderland ölkələrinə səfirliklərdən biri vasitəsilə viza düzəltmək adı ilə vətəndaşlara yalan vədlər verməklə müxtəlif məbləğlərdə pullarını talayıb.

Yasamal Rayon Polis İdarəsində aparılan istintaq hərəkətləri ilə onun qanunsuz əməlləri ilə bağlı Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə başlanan cinayət işinin ilkin araşdırması zamanı 148 şəxs zərərçəkmiş kimi tanınıb.

Onlara dəyən ziyan 368.675 manat olduğu müəyyən edilib. Polis əməkdaşları tərəfindən əlavə olaraq, istintaqla daha 56 şəxsin zərəçəkmiş qismində tanınması ilə bağlı proses aparılır. Müəyyən edilib ki, respublika üzrə ümumilikdə “Avion Travel”dən şikayətçi 202 nəfərdir və dəyən ümumi maddi ziyanın 498.175 manatdır.

Məlumata görə onun əməllərindən zərərçəkənlərin çox olması istisna edilmir.

DİN-in Mətbuat Xidmətindən  bildirilib ki, onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa polisə müraciət edə bilərlər. Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.


 



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi