Hər sürücüdən bu qədər oğurlasalar... - BU NƏDİ BELƏ?!
"Deməli, bu gün (dünən -dia-az.info) saat 17 radələrində SOCAR-ın Bibiheybət məscidi yaxınlığındakı 6 saylı Yanacaq Doldurma Məntəqəsində maşının çənini tam doldurdum. 37 litr və 37 manat pul tutdu..." Xəbər verilir ki, bunu öz etirazında iqtisadçı ekspert Qaşqay İsmayıl qeyd edib.
Ekspert daha sonra gileyinə belə davam edir: "Kartla ödəniş etdim, amma fikir vermədim. Sonradan baxıram ki, kartımdan 41 manat pul çıxıblar. Çox güman ki, aşağı ranqlı işçilər tərəfindən törədilən dələduzluq əməlidir və yəqin ki mən tək deyiləm.
Ödəniş qəbzinin fotosunu da təqdim edirəm. Hər halda, bu fakt sözügedən YDM rəhbərliyi üçün ilk növbədə maraqlı o0lmalıdır. Çünki əsas məsuliyyət yekunda onlara şamil olunacaq..."