azia.az
azia.az

Parlament seçkisinə hazırlıq: Kimlər deputat ola bilər? - İZAH

7-05-2024, 15:59

Mərkəzi Seçki Komissiyasının (MSK) mayın 2-də keçirilən iclasında parlament seçkisi ilə əlaqədar anons verilib. 

MSK sədri Məzahir Pənahov bildirib ki, qanunvericiliyə əsasən, bu ilin noyabrında parlament seçkisi olmalıdır. Qurum sədri bildirib ki, seçkinin müddəti önə də çəkilə bilər. Qeyd edək ki, Azərbaycanda VI çağırış Milli Məclis 2020-ci ilin fevralın 9-da keçirilən növbədənkənar seçkinin nəticələrinə əsasən formalaşıb. Konstitusiya ilə parlamentin səlahiyyət müddəti 5 ildir. Ancaq növbədənkənar seçkidə seçilən parlamentin çağırışının səlahiyyət müddəti beş ildən az ola bilər. Bu halda Milli Məclisə növbəti seçki növbədənkənar seçkidə seçilən parlamentin çağırışının səlahiyyət müddətinin beşinci ilinin noyabr ayının birinci bazar günü keçirilir. Ancaq Azərbaycanda noyabrda COP29 beynəlxalq mötəbər tədbir keçiriləcək. Buna görə də, seçkinin önə çəkilməsi ehtimalı var. Hər bir halda, görünür ki, bu il parlament seçkisi keçiriləcək. Belə oldu təqdirdə, deputatlıq iddiasında olanlar da fəaliyyət planı cızırlar.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi