4 NƏFƏRİ hoteldə ZƏHƏRLƏDİLƏR, ölənlər var , "Viaqra" ehtimalı varmı?- BAKIDA DƏHŞƏT(foto)
Bakıda, Səbail rayonu ərazisində yerləşən hotellərin birində dəhşətli hadisə baş verib. Hoteldə əylənən 4 nəfər kişi zəhərlənmə diaqnozu ilə 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.
Onlardan ikisinin həyatını xilas etmək mümkün olmayıb. Əvvəlcə onların qidadan zəhərləndiyi bildirilib. Amma həkimlər bu zəhərlənmədə şübhəli məqamların olduğu istisna etmir.
Bakupost.az-ın əməkdaşı sağ qalan şəxslərin adlarını və fotolarını əldə edə bilib. Həmin şəxslərin birinin adı Nicat, digərinin adı Xəzərdir. Sinif yoldaşı olublar. Nicat Astara Gömrük İdarəsinin əməkdaşıdır. Xəzər isə hərbçidir. Onların vəziyyətinin ağır olduğu bildirilir. Digər məlumatlara görə "Viaqra" ehtimalları ola bilər. Araşdırmalar davam edir.