azia.az
azia.az

MEK-in elmi katibinə QAİ-nin üzvlük vəsiqəsi təqdim edilib

30-04-2024, 11:02


29 aprel tarixində Qərbi Azərbaycan İcmasının (QAİ) Mehri icmasının kənd sədrləri və icmanın üzvləri ilə görüş keçirilib. 

Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının qarşıda duran vəzifələrinin də müzakirə olunduğu görüşdə icmanın işi ilə əlaqəli üzvlərə ətraflı məlumat verilib.

Görüşdə, QAİ-nin bir qrup üzvünə, o cümlədən AMEA-nın Mərkəzi Elmi Kitabxanasının elmi katibi, Zəngəzur mahalının Mehri rayonun Nüvədi icmasının Gənclər Təşkilatının sədri Şəbnəm Rüstəmovaya Qərbi Azərbaycan İcmasının üzvlük vəsiqəsi və döş nişanı təqdim edilib. Vəsiqəni QAİ-nin Müşahidə Şurasının üzvü, Mehri rayon icmasının sədri, fizika-riyaziyyat elmləri doktoru, professor, AMEA-nın akademiki Fikrət Əliyev təqdim edib.

 İctimaiyyətlə əlaqələr şöbəsi

[email protected]


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi