"Qaytarmalıyıq, yoxsa Azərbaycan müharibə ilə bu ərazini də alacaq"-RƏSMİ
Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdəki hakim "Vətəndaş müqaviləsi" fraksiyasının deputatları ilə qapalı görüşdə Qazaxın 4 kəndinin Azərbaycan qaytarılması məsələsini ciddi şəkildə müzakirə edib.
Ölkə.Az xəbər verir ki, görüşdə hökumətin demək olar, bütün üzvləri, hətta Silahlı Qüvvələrin Baş Qərargah rəisi Edvard Asryan da iştirak edib. İki saata yaxın davam edən görüş gərgin atmosferdə keçib. Hətta "Vətəndaş müqaviləsi" fraksiyasından olan deputatlar Paşinyanın kəndləri Azərbaycana qaytarması niyyətinə qarşı çıxıb.
"Hraparak"ın yazdığına görə, Nikol Paşinyan açıq mətnlə etiraf edib ki, qısa müddət ərzində birtərəfli güzəşt olacaq. O bildirib ki, yaxın günlərdə həmin ərazidəki Üçüncü Ordu Korpusu ərazilərdən çıxarıla, 4 yaşayış məntəqəsi Azərbayana qaytarıla bilər. "Əks halda Azərbaycan müharibə yolu ilə qalib gələcək. Bəzi deputatlar isə bildirib ki, sülh ilə verməkdənsə, müharibə yolu ilə vermək daha yaxşıdır, xalq bu dəfə hakimiyyəti mütləq bağışlamayacaq. Paşinyan bu mövqedə olanlara bildirib ki, o da belə yolu seçmək istəmir, amma başqa yolda yoxdur. Əks təqdirdə Azərbaycan hərbi yolla nəinki özünəməxsus əraziləri, bütövlükdə Lori vilayətini alacağına, hətta İrəvana da çatmayacağına zəmanət yoxdur. Bu dəfə Paşinyan, əslində, müavinlərini də müharibə ilə qorxudub", - nəşr yazır.
Mürtəza