Daha bir terakt nəzərdə tutulubmuş: qrupda 4 yox, 11 nəfər olub - ŞOK TƏFƏRRÜAT - FOTO
Həbs olunmuş şəxslər daha bir terror aktına hazırlaşırdılar. Üstəlik, 500 min rublu onların hər birinə yox, hamısına vəd etmişdilər.
Milli.Az "Crocus City Hall"da məşum teraktı həyata keçirmiş şəxslər barədə indiyədək bəlli olan məlumatları təqdim edir:
"Crocus"dakı teraktın təşkilatçıları Orta Asiya ölkələrindən birində daha bir terror aktı həyata keçirməyə hazırlaşırdılar.
Tutulanlardan birinin dediyi kimi bu əmələ görə 500 min rubl onların hər birinə deyil, ümumi qrup üçün nəzərdə tutulubmuş. Qrup başçısı iddia edir ki, sifarişçi o məbləği göndərib ki, "öz aranızda bölüşdürün".
Terrorçuların Rusiyanın Bryansk vilayətinə yollanmaqda məqsədlərinin Belarusa keçmək olduğu istisna edilmir.
Tutulanlar terrorçuların "yatmış hüceyrəsi" olmayıb. Ekspertlər hesab edir ki, bu şəxslər təcrübəli terrorçu olmayıblar. Daha doğrusu, onlar cəmi 2-3 həftə ərzində bu terakta hazırlaşdırılıblar.
"Crocus"dakı teraktla bağlı hazırda 11 nəfər həbs olunub. Digər şəxslər terror aktına hazırlıq görməkdə ittiham olunurlar.