azia.az
azia.az

65 və daha yuxarı yaşlı şəxslərə XƏBƏRDARLIQ - "Bunu mütləq edin!"

21-03-2024, 11:00

ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin (CDC) mütəxəssisləri yaz mövsümündə 65 yaş və daha yuxarı insanların COVID-19-a qarşı revaksinasiya edilməsini tövsiyə ediblər. 

 

Sfera.az xəbər verir ki, bu barədə "Phys.org" saytı məlumat yayıb.

 

Səhiyyə sistemi fövqəladə halın sona çatmasına baxmayaraq, koronavirus infeksiyası ilə əlaqəli risklərin qaldığını və bəzi insan qruplarında, məsələn, yaşlılarda, yetkinlərdə digərlərinə nisbətən infeksiyanın ağır hal almasının daha yüksək olduğunu bildirib. Mütəxəssislər deyirlər ki, peyvənd ağır COVID-19 ilə xəstəxanaya yerləşdirilmə ehtimalını 54 faiz azaldır.

 

2024-cü ilin yanvar ayında bütün yaşlar üçün COVID-19-dan orta ölüm nisbəti hər 100 000 nəfərə 3-dən bir qədər az olub. Ancaq 65-74 yaş arası insanlar üçün bu nisbət daha yüksək olub, hər 100 000-də təxminən beş nəfər. 75 və daha yuxarı yaşlı insanlar arasında isə bu nisbət 100 000-ə demək olar ki, 30-a yüksəlib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi