Putinin Türkiyəyə səfərinin tarixi dəqiqləşib
Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfəri , ilkin məlumatlara görə, apreldə baş tutacaq.
32gun.az xəbər verir ki, bu brədə Türkiyənin "Ensonhaber" nəşri mənbələrə istinadən məlumat yayıb.
Nəşr qeyd edib ki, yerli seçkilərdən sonra Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın diplomatik fəaliyyəti yenidən intensivləşir.
“Apreldə o, Misir prezidenti Əbdülfəttah əs-Sisi və Rusiya prezidenti Putini qəbul edəcək”, - o, mesajında qeyd edib.
Bundan əlavə, nəşr Ərdoğanın 12 illik fasilədən sonra İraqa rəsmi səfərini açıqlayıb.
Çərşənbə axşamı, martın 12-də məlum olub ki, Ərdoğan martın 31-dən sonra Putini Türkiyədə qəbul etməyi planlaşdırır .
Fevralın sonunda Rusiya lideri Ərdoğanla telefon danışığı olub və o, respublikaya səfərini çox gecikdirməyəcəyinə söz verib.
Ayxan