azia.az
azia.az

“Marsol Group”un üzvü olan sahibkarlarla görüş keçirilib

7-03-2024, 19:11


“Marsol Group”un üzvü olan sahibkarlara İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlara dəstək mexanizmi barədə məlumat verilib.

Sahibkarlığın İnkişafı Fondunun (SİF) və “Marsol Group”un birgə təşkilatçılığı ilə “İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlara dəstək mexanizmi ilə bağlı görüş keçirilib. Görüşdə “Marsol Group”un üzvü olan  biznes nümayəndələrinə işğaldan azad edilmiş ərazilərdə icra olunacaq layihələr üçün bank və bank olmayan kredit təşkilatlarından əldə edilən biznes kreditlərinə dövlət zəmanəti verildiyi və faizlərin subsidiyalaşdırıldığı barədə məlumat verilib. Bildirilib ki, bu ərazilərdə fəaliyyət göstərən sahibkarların məbləği 5 milyon manatadək,  müddəti 7 ilədək,  illik faiz dərəcəsi 15%-dək olan biznes kreditlərinin 90%-dək hissəsinə dövlət zəmanəti verilir. Bununla yanaşı, həmin kreditlərin illik faiz dərəcəsinin 10% bəndinin 36 aya qədər müddətdə dövlət tərəfindən subsidiyalaşdırıldığı və kreditin müddətinin yarısından çox olmamaqla, 36 aya qədər güzəşt müddəti tətbiq edildiyi diqqətə çatdırılıb.

Tədbir çərçivəsində “Elektron kredit və zəmanət” informasiya sistemi təqdim olunub, mexanizmə müraciət prosesi izah edilib. Həmçinin sahibkarları maraqlandıran suallar cavablandırılıb. 

 

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi