Laçında qanunsuz saxlanılan odlu silahlar GÖTÜRÜLDÜ
Laçın Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən odlu silahlar təhvil götürülüb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Viral.az-a bildirilib ki, polis əməkdaşlarının keçiridkləri profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan odlu silahların könüllü şəkildə təhvil verilməsi təmin edilib.
Qeyd olunan tədbirlər zamanı polis əməkdaşları tərəfindən daha 3 ədəd müxtəlif kalibrli odlu silah təhvil götürülüb. Bu istiqamətdə tədbirlər mütəmadi olaraq davam etdirilir.