At və eşşək ətlərini GÖRÜN kimlər satır
Azərbaycanda “leş Tofiq”lərin, “Eşşək Tahir”lərin sayı get-gedə artmaqdadır. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, insan sağlamlığı üçün təhlükəli olan ölü at və eşşək ətinin kütləvi tədarükünü təşkil edən daha bir şəxs saxlanılıb. Bu işlə məşğul olanlar həbs olunsa da, qısa bir müddətdə sonra azadlığa çıxaraq yenidən öz işini davam etdirir.
“Leş Tofiq” kimi tanıdığımız Alıbəy Rzaxanov adlı şəxs dəfələrlə ölmüş, istehlaka yararsız mənşəyi məlum olmayan ət satdığına görə həbs olunub. Ancaq qısa müddətdən sonra azadlığa çıxıb. Əldə etdiyimiz məlumata görə, həmin şəxsin Bakının mərkəzində şadlıq sarayı da var. Maraqlıdır, görəsən həmin şadlıq sarayında da insanlara verdikləri yeməklər leş ətlərdən hazırlanır? Ümumiyyətlə, leş ətlər ən çox harada tədarük olunur, bu ətləri kimlər alır, nə məqsədlə istifadə olunur? Bu ətləri alan şəxslərə qarşı hansısa cəza tədbirləri görülürmü?
Məsələ ilə bağlı Publika.az-a açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirdi ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi bu sahələrdə bir çox əhəmiyyətli işlər görüb.
“DİN-nin bu işini həddindən artıq qiymətləndirirəm. Neçə il öncə ölkənin əmtəə bazarındakı spirtli içkilərin nə vəziyyətdə olduğu məsələsini araşdırdı. Vaxtaşırı belə işlər görür bu idarə və digər qurumlardan fərqli olaraq, cinayətkarları cərimə edib, buraxmırlar. Cinayət işi qaldırırlar, ekspertizadan keçirirlər. Ancaq nədənsə Azərbaycan məhkəmələri bəzən çox qısa bir müddətdə bu pis əməllərlə məşğul olan adamlara bəraət verirlər. Ona görə də, mən deyirəm ki, ömrümün sonuna qədər o məhkəmələrlə mübarizə aparacağam ki, elə adamlara bəraət verib azadlığa buraxmasın, onlar da gedib yenidən bu işlə məşğul olmasın. Çox təəssüf ki, neçə ildir bu problem Azərbaycanda yaşanır.
Bu məsələ Azad İstehlakçılar Birliyini həddindən artıq narahat edir. İllərdir Azərbaycanda böyük şəbəkə fəaliyyət göstərir. 20 ildən artıqdır ki, biz bu şəbəkəni izləyirik. Qeyd etdiyim dövlət orqanı bu sahədə ən uğurlu işlər aparır. Buna görə onlara təşəkkür edirik".
Eyyub Hüseynov təəssüflə bildirdi ki, ölkədə istənilən ətin satışına icazə var və heç bir qadağa yoxdur: