"İstəyirsiniz, "direct"ə yazın ki, evimdə problem var, sizi söymək istəyirəm"-TANINMIŞ MÜĞƏNNİ OD PÜSKÜRDÜ
"Xoşbəxt insan heç zaman bir insana pis şey yazmaz. Allah bilir, onun evinin içində nə qədər problem var. Sosial şəbəkədə görür ki, sən belə gözəl həyat göstərirsən. Amma bilmir ki, bizim evimizdə də problemlərimiz var. Amma biz bunları sizinlə bölüşmürük. Bizdə də o qədər problem var ki... İstəyirsiniz, bir gün danışım, oturub ağlayın. Amma sizinlə bölüşmürük. İstəyirik ki, sizə yaxşı tərəfləri göstərək.
Onsuz da hamının evində problemi var. Bizdən pozitivlik alın. Başa düşürəm, istəyirsiniz, "direct"ə yazın ki, evimdə problem var, sizi söymək istəyirəm. Amma şərhlərdə yazmayın da... Mən sizin evinizdəki olan problemə görə günahkar deyiləm. Mən də sizə hansısa məsləhəti verim".