azia.az
azia.az

Dövlət Xidmətində TÜBİTAK-ın rəhbərliyi ilə görüş keçirilib

1-03-2024, 19:11


Azərbaycan Metrologiya İnstitutunda 20 yeni laboratoriyanın yaradılması, mövcud 7 etalon laboratoriyasının təkmilləşdirilməsi istiqamətində görülən işlər müzakirə edilib.  

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasının (TÜBİTAK) rəhbəri professor Hasan Mandalla görüş keçirilib. 

Görüşdə TÜBİTAK-ın Milli Metrologiya İnstitutu (TÜBİTAK UME) tərəfindən Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutunda (AzMİ) 20 yeni laboratoriyanın yaradılması, mövcud 7 etalon laboratoriyanın təkmilləşdirilməsi istiqamətində görülən işlər barədə məlumat verilib. 

Tərəflər, həmçinin kadr potensialının artırılması, keyfiyyət infrastrukturu sahəsində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıb. 

Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli dövlət kəmiyyət vahidi etalonlarının əldə olunması, qorunub saxlanılması, tutuşdurulması və ölçmə vasitələrinin kalibrlənməsini həyata keçirən qurum kimi AzMİ-nin metroloji xidmətlərin ölkəmizdə inkişaf etdirilməsi məqsədilə qardaş ölkənin müvafiq sahədə təcrübəsinin öyrənilməsində maraqlı olduğunu qeyd edib. 

Hasan Mandal isə öz növbəsində bildirib ki, TÜBİTAK UME elmi metrologiyanın inkişafı istiqamətində əldə etdiyi təcrübənin AzMİ-yə ötürülməsində lazımi dəstəyin göstərilməsinə hazırdır. 

-------------------------------------------------------------------------------------------------------------------------------

Qeyd: 2022-ci ilin sentyabrın 30-da İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarında Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutu (AzMİ) metrologiya sahəsinin təkmilləşdirilməsi və yeni ölçmə imkanlarının artırılması məqsədilə “Türkiyə Elmi və Texnoloji Tədqiqat Təşkilatının Milli Metrologiya İnstitutu” (TÜBİTAK ÜME) ilə Anlaşma Memorandumu imzalayıb. Sənədə əsasən, tərəflər səmərəliliyin artırılması üçün milli etalonların inkişafı və yenilənməsi, dövlət etalonlarının qorunması istiqamətində birgə tədqiqat fəaliyyəti, müxtəlif növ ölçmələr üçün yeni metodologiyaların hazırlanması, sahə üzrə ekspert və məsləhətçilərin cəlb edilməsi istiqamətində birgə layihələr həyata keçirəcəklər.

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi