azia.az
azia.az

Orqanizmdə nə baş verdiyini bilmək üçün: Analizlər nə vaxt verilməlidir?

21-02-2024, 16:52

Orqanizmin vəziyyətini vaxtında izləmək üçün hansı testlərin aparılması lazım olduğu açıqlanıb.

Bu barədə endokrinoloq Ekaterina Yanq danışıb.

Onun sözlərinə görə, hər şey xəstənin yaşından asılıdır. Belə ki, o, yaşı 35-dən aşağı olan insanlara altı ayda bir dəfə ümumi qan testi, əsas qan biokimyası və koproqramdan keçməyi, ildə bir dəfə isə TSH, prolaktin və cinsi hormonlar panelini yoxlamağı tövsiyə edib.

35 yaşdan yuxarı insanlar üç ayda bir dəfə ümumi qan testi etməlidirlər. Altı ayda bir dəfə isə əsas qan biokimyası, ferritin, TSH, prolaktin və cinsi hormonlar paneli yoxlanılmalıdır.

Endokrinoloq öz “Telegram” kanalında qeyd edib ki, bu, insanda hər hansı xəstəliyin aşkar təzahürləri olmadığı hallara aiddir.

Bundan əlavə, həkim "nisbi rifah vəziyyətində" qan vermənin vacib olduğunu xatırladıb: 

“Çünki göstəricilər çox dinamikdir və bəzi dərmanların qəbuluna və həyat tərzində dəyişikliklərə cavab verə bilər". 

Xəzər


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi