İRİA, ATU və “Nokia” arasında görüş baş tutub
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA), Azərbaycan Texnologiya Universiteti (ATU) və "Nokia Azərbaycan” şirkətinin nümayəndələri arasında üçtərəfli görüş keçirilib. İRİA-nın təşəbbüsü ilə “Technest” Təqaüd Proqramı çərçivəsində baş tutan görüşdə birgə əməkdaşlıqda mövcud vəziyyət və gələcəkdə görüləcək işlər müzakirə edilib.
Danışıqlarda ATU-da qurulacaq laboratoriyaya xüsusi diqqət çəkilib və bu laboratoriyanın universitet tələbələri arasında tədqiqatın və innovativ təfəkkürün inkişafında mühim rol oynayacağı qeyd olunub. Yekunda "Nokia Azərbaycan” şirkəti ilə əməkdaşlıq memorandumunun imzalanması haqqında razılıq əldə edilib.
Qeyd edək ki, “Technest” Təqaüd Proqramı çərçivəsində həmçinin, universitetə avadanlıqlar da ianə edilib. 3D printer, proyektor, kompüterlər və digər avadanlıqların təqdimatında iştirak edən tələbələr öz startup layihələrini təqdim ediblər.