Qarla bağlı XƏBƏRDARLIQ
Dağlıq ərazilərdə fevralın 21-dək şaxta olacağı, gecə və səhər saatlarında yolların buz bağlayacağı proqnozlaşdırılır.
Oxu24.com xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova feysbuk səhifəsində paylaşım edib.
"Sinoptiklərimizin məlumatına görə, əvvəlcədən xəbər verildiyi kimi dağlıq və dağətəyi rayonlarda qarlı hava şəraiti müşahidə olunur.
Hazırda qar örtüyünün hündürlüyü Şahdağ, Qrızda 10 sm, Qusarda 9 sm, Xınalıqda 6 sm, Qubada 3 sm, Xaltan, İsmayıllı, Şabran, Göygöl, Altıağacda 2 sm-dir.
Müşahidə olunan yağıntılı və şaxtalı hava şəraiti ilə əlaqədar dağlıq rayonlarda yolların buz bağlaması istisna olunmur.
İ.İbrahimova bildirib ki, şaxtalı hava şəraiti fevralın 21-dək davam edəcək. Bununla əlaqədar olaraq sürücülərin yollarda ehtiyatlı olması tövsiyə edilir.
Sabah Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.
Səhər yağıntılar tədricən kəsiləcək, gündüz əsasən yağmursuz keçəcək. Arabir duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 5-10° isti, dağlarda gecə 6-11° şaxta, gündüz 0-5° şaxta olacaq.