Daha ağıllı olmaq mümkündür - MÜTLƏQ BUNU OXUYUN
Ritmik musiqi dinləmək beyin fəaliyyətinə və zehni funksiyalara müsbət təsir göstərə bilər.
Nevroloqların son illərdə bir sıra araşdırmalar aparıblar və gəldikləri son nəticə belə olub.
“Cebhe.info” “Planet-today”-a istinadən xəbər verir ki, tədqiqatçıları xüsusilə “groove” adlanan hərəkətlər, yəni füzyon, salsa, swinq-fank, rok kimi bir sıra janrları ifa edən musiqiçilərin yaratdığı xüsusi ritmik hisslər maraqlandırıb.
Yapon nevroloqları bir sıra eksperimentlər aparıblar ki, ritmik musiqi dinləmək beynin ön qabığının fəaliyyətini stimullaşdırır və bu da zehni qabiliyyətləri artırır.
Təcrübədə göstərilir ki, musiqi bu formatda melodiyalarla vaxtında ritmik hərəkətlərlə müşayiət edildikdə xüsusilə təsirlidir.
“Burada onun ritmini tutmaq vacibdir, çünki musiqiyə uyğun olmayan hərəkətlər, əksinə, əhval-ruhiyyəni pozur və beynin işinə nifaq gətirir. Ritmik musiqi sədaları altında rəqs etmək çox faydalıdır, lakin eyni müşayiətlə digər fiziki fəaliyyət növlərini də edə bilərsiniz”,-deyə mütəxəssislər bildiriblər.
Xəzər