azia.az
azia.az

Ona “dəlilik kağızı” alıblar ki…-5 NƏFƏRİN QATİLİ İLƏ BAĞLI DƏHŞƏTLİ FAKTLAR

14-02-2024, 08:12

Ata-anasını, qardaşını, bacısını və bacısının azyaşlı övladını qətlə yetirən Əhməd Əhmədovla bağlı sensasion məlumat yayılıb.

Axar.az xəbər verir ki, bu barədə Mehriban Sadıqova məlumat paylaşıb.

Onun iddiasına görə, Əhməd 15 yaşında olarkən 30 bıçaq zərbəsi ilə həmyaşıdını öldürübmüş:

“Ailəsi həbsxanaya girməməsi üçün ona "dəlilik kağızı" düzəldib, sonra da onu aradan çıxarıb Rusiyaya göndəribmiş. Sonradan ona maşın, ev alıb, gündəlik də cibxərci veriblər.

Daha sonra "dəlilik kağızını" təmizləyib, sağlamlıq arayışı ilə ona sürücülük vəsiqəsi də alıblar. Və beləcə öz dəhşətli sonlarını hazırlayıblar”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi