azia.az
azia.az

Səfirliyimizə hücum edən şəxs EDAM EDİLƏCƏK

5-02-2024, 23:51

Azərbaycanın İrandakı səfirliyinə hücum etmiş şəxs barəsində edam hökmü çıxarılıb.

News24.az xəbər verir ki, bu barədə İran KİV-ləri məlumat yayıb.

Xatırladaq ki, Azərbaycanın İranın İslam Respublikasının paytaxtı Tehran şəhərindəki səfirliyinə ötən ilin yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində terror hücumu olub. Terroru törədən İran vətəndaşı Yasin Hüseynzadə “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar.

Qumral


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi